Tel. | (+994 18) 6420169 | |
Faks | (+994 18) 6420400 | |
Elektron poçtu | salahov_mustafa@mail.ru | |
Struktur bölmənin rəhbəri | Bağmanov Balakişi Tağı oğlu
kimya üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 8 | |
Əsas fəaliyyət istiqamətləri | Dils–Alder reaksiyası əsasında fəza quruluşları məlum halogenli antipirenlər, monomerlər və yanmayan hərəki-nərdivan gövdəli polimerləin sintezi və stereokimyası, funksionallaşdırılmış fullerenlər və nanokarbon törəmələri əsasında yeni polimer materialların alınması, belə məhsulların sənaye istehsalı üçün əlverişli şərait hazırlaması. Yeni sintez olunmuş maddələrin fəzavi quruluşunun müasir fiziki–kimyəvi üsullarla təyini və alınmış nəticələrin kvant–kimyəvi və topoloji hesablamalarla təsdiqi sahəsində tədqiqatlar, sintez olunmuş maddələr üçün “quruluş–xassə” korrelyasiyalarının aparılması. | |
Əsas elmi nəticələri | Əsas elmi tədqiqatların nəticəsi kimi: Karbon 4–xloridin alınması Sumqayıtda, B2 vitamini üçün başlanğıc xammal– mono–brom orto–ksilolun tullantısız alınması texnologiyası Balaxovsk sintetik məhsullar və vitaminlər kombinatında, təmiz su və işlənmiş sular əsasında fəaliyyət göstərən dövri su təchizatı üçün ərpəmələgəlmənin qarşısını alan maddə-tetrahidroftal turşusunun monoamidi Sverdlovsk dəmir yolunun “Smıçka” və “Jitomir” lokomativ deposunda və “Universal–2” yuyucu pasta resepti “Sumqayıt kimya– sənaye” İB–də sənayeyə tətbiq edilmişdir.
İstehsalata tətbiq üçün aşağıdakı innovasiya texnologiyaları təklif olunmuşdur: polixlorlu anhidrid və imidlər– antipiren–modifikator və gəmilər üçün davamlı üzlük–boyaların alınmasından ötrü xammal olaraq, izometil tetrahidroftal turşusu N-qlisidilimidi–ED–20 epoksid qətranı üçün modifikator– bərkidici kimi, izometil tetrahidroftal turşusu N–allilimidi – ağcaqanad hürküdücüsü, 2,4,6–tribromanilin– antipiren kimi, perlit və obsidianın “qaynar lay” reaktorunda karbohidrogenlərin oksixlorlaşması üçün səmərəli katalizator kimi, dənəvər alüminiumun seçilməsi üçün çoxpilləli pnevmatik klassifikator. |