Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası

Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası
Tel. (+994 12) 5393532
Faks (+994 12) 5392826
Elektron poçtu lab2.5@isi.az
Struktur bölmənin rəhbəri riyaziyyat elmləri doktoru, prof. Məmmədov Knyaz Şiraslan oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif sinifdən olan tam ədədli proqramlaşdırma məsələlərinin tədqiqi, yeni həll üsullarının işlənilməsi, uyğun tətbiqi proqram paketlərinin hazırlanması
Əsas elmi nəticələri

1.Tamədədli tənliyin dezaqreqasiyası probleminin həlli. (Bu məsələ ABŞ riyaziyyatçıları tərəfindən qoyulmuş və 30 il müddətində həll olunmamışdır);

2.Tamədədli çanta məsələsinin və tamədədli proqramlaşdırma məsələsinin optimal həllini saxlayan kiçik oblastın tapılması üçün kafi şərt şəklində kriteriyalar verilmiş və onların yeni həll üsulları təklif olunmuşdur;

3.Dənizdə neft-qaz platformalarının optimal yerləşdirilməsi və onların optimal birləşdirilməsi məsələsinin riyazi modeli qurulmuş və həll üsulu verilmişdir;

4.Qismən tamədədli çanta məsələsində məchulların dəyişmə intervalının kiçilməsi üçün kriteriya verilmiş və onun effektiv həll üsulu işlənmişdir;

5.Bul və tamədədli proqramlaşdırma məsələsinin suboptimal həllərinin qurulması üçün polinomial zaman mürəkkəbliyinə malik üsullar işlənmişdir; 

6.Bul və tamədədli proqramlaşdırma məsələləri üçün Laqranj tipli majorant funksiya qurulmuş və onun minimallaşması alqoritmləri işlənmişdir;

7.Qismən tamədədli proqramlaşdırma məsələsinin optimal həllini saxlayan və verilmiş oblasta nəzərən daha kiçik olan oblastın tapılması üsulu təklif olunmuşdur;

8.Bul və tamədədli proqramlaşdırma məsələləri üçün zəmanətli həll, zəmanətli suboptimal həll anlayışları verilmiş və onların tapılması üçün üsullar təklif olunmuşdur;

9.Verilənləri tamədədli intervallar olan Bul proqramlaşdırması məsələsi üçün optimist, pessimist, suboptimist və subpessimist həll anlayışları verilmiş, suboptimist və subpessimist həllərin qurulması alqoritmləri işlənmişdir;

10.İntervallı qismən tamədədli proqramlaşdırma məsələlərinin müxtəlif sinifləri üçün müəyyən mənalar daşıyan yeni təqribi həll üsulları təklif olunmuşdur;

11.Verilənləri intervallar olan qismən Bul proqramlaşdırması məsələsi üçün Laqranj tipli majorant funksiya qurulmuş, bu funksiyanın bəzi xassələri aşkarlanmış və onun minimallaşdırması alqoritmləri işlənmişdir. Nəticədə həmin məsələlərin təqribi həllərinin optimal həllərdən olan xətaları qiymətləndirilmiş olur.