AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi Şurasının növbəti iclası keçirilib.
Tədbiri ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov açaraq Elm Günü ilə əlaqədar 29 mart 2019-cu il tarixində Balakəndə keçirilməsi nəzərdə tutulan elmi-praktiki konfransla bağlı görülmüş işlər barədə danışıb.
Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və elmi işçi Zərintac Şükürova Hindistanda İpəkçilik və Böcək Biotexnologiyaları üzrə Asiya-Sakit Okeanı VI Konqresində iştirakları ilə bağlı çıxış ediblər.
Bundan əlavə, iclasda mərkəzin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurrahmanov ŞREM əməkdaşlarının impakt faktorlu jurnallarda məqalələrinin çap olunması, həmçinin şöbə müdiri Pakizə Zakirova "Nəsimi ili" elan edilməsi ilə əlaqədar tədbirlərin təşkilinə dair məlumat verib. Eyni zamanda ŞREM-in dissertantları - Yusif Rəhimov və Aygün İsmayılovanın hesabatları dinlənilib.
Elmi Şura gündəliyə çıxarılmış məsələlərə dair müvafiq qərarlar qəbul edib.
Sonda müəssisənin bir qrup əməkdaşı Novruz bayramı münasibətilə Fəxri fərmanla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.