Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.05.2019 09:20
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyasının nümayəndələri “Azərkosmos”un fəaliyyəti ilə tanış olub

Rusiya Elmlər Akademiyasının nümayəndələri “Azərkosmos”un fəaliyyəti ilə tanış olub

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə səfər edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, “Azərkosmos”un sədri Rəşad Nəbiyev, rusiyalı akademik Roald Saqdeyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva və digər məsul şəxslər iştirak ediblər.

Görüş zamanı qonaqlara “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos”un kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

REA-nın prezidenti Aleksandr Sergeyev “Azərkosmos”un fəaliyyətini, burada təqdim olunan keyfiyyətli peyk xidmətləri və həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Görüşdə, həmçinin REA ilə “Azərkosmos” arasında kosmik sahədə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Müvafiq sahədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: