Lənkəran Dövlət Universiteti (LDU) ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənəd hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına və elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət edir.
Müqaviləyə əsasən Lənkəran-Astara bölgəsində bitki biomüxtəlifliyinin öyrənilməsi, itmək və məhv olmaq təhlükəsində olan bitki növlərinin aşkarlanması, birgə elmi seminarların və elmi-praktik konfransların təşkili, aparılan elmi tədqiqatlara gənc tədqiqatçıların cəlb edilməsi, onların yerli və beynəlxalq konfranslarda iştirakı nəzərdə tutulub.
Beş il müddətində qüvvədə olacaq müqaviləni LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov imzalayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.