Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

13.06.2019 12:02
  • A-
  • A
  • A+

Akademiya sosial istiqamətdə fəaliyyətini davam etdirir

Akademiya sosial istiqamətdə fəaliyyətini davam etdirir

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) birgə toplantısı keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri giriş sözü ilə AHİ-nin sədri, hüquq elmləri doktoru Habil Qurbanov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Müzakirə olunacaq mövzular barədə məlumat verən alim AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlərin görüldüyünü bildirib.

Sonra İşlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək AMEA əməkdaşlarının səmərəli istirahətinin təşkili məqsədilə göstərilən sosial yönümlü fəaliyyət və bununla bağlı perspektivdə duran məsələlər barədə məlumat verib. 

AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından AMEA əməkdaşlarının təsərrüfat fəaliyyəti üçün torpaq sahəsinin ayrıldığını bildirən S.Əliyev bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, ərazidə xəritələmə və sahə bölgüsünün, eləcə də torpaq sahəsinə qədər olan yollarda təmir işlərinin aparıldığını söyləyib. O, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulan torpaq sahələrinin bölgüsünün müraciətlər əsasında aparıldığını deyib. İdarə rəsmisi torpağın iki il müddətinə verilməsinin və səmərəli istifadə ediləcəyi təqdirdə müqavilə müddətinin uzadılacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: