Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2020 09:30
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların imtahanı başa çatıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların imtahanı başa çatıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb.

Belə ki, müəssisənin I kurs magistrantları “Molekulyar biologiya” ixtisası üzrə “Molekulyar təkamül”, “Biokimya” ixtisası üzrə “Zülalların sintezi, yığılması və deqradasiyası”, “Biotexnologiya” ixtisası üzrə “Biotexnologiya və biomüxtəliflik”, “Nanobiotexnologiya” ixtisası üzrə isə "DNT nanotexnologiyası" fənlərindən imtahan veriblər.

“Molekulyar biologiya” və “Biokimya” ixtisasları üzrə təhsil alan II kurs magistrantlardan isə “Bioinformatika” fənnindən imtahan götürülüb.

Ümumilikdə qış imtahan sessiyası çərçivəsində institutda 31 ixtisas üzrə imtahanlar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: