Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb
24.08.2026 10:05
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi işıq üzü görüb. Jurnalda ədəbiyyat, fəlsəfə, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.

Jurnalda Azərbaycan alimləri ilə yanaşı, Gürcüstan və Pakistandan olan müəlliflərin də məqalələri dərc olunub. Gürcüstanlı Giorgiy Svanidzenin məqaləsi “Gürcüstan müsəlman icmasının sosial inteqrasiyasının hüquqi aspektləri”, pakistanlı Şeraz Mehmoodun məqaləsi isə “Mərkəzi Asiya ölkələrində daxili siyasi təhdidlər və onların xarici təzyiqlərlə əlaqəsi” adlanır.  

Azərbaycan alimlərindən “Ədəbiyyat” bölməsində Aysel Əhmədovanın “Yaponiyada türkologiyanın inkişafında qədim uyğur tədqiqatlarının rolu”, Qumru Şəhriyarın “Qırx Batır haqqında dastan silsiləsində “Kıdırbay və onun nəsli”, Aytən Tağıyevanın “Orxan Pamuk yardıcılığında siyasi məsələlərin postmodern ifadəsi”, Nazim Mənsimovun “Şəhriyarın farsdilli yaradıcılığına Azərbaycan dilinin təsiri”, Sevinc Həzrətquliyevanın “Ərəb ədəbiyyatında “Bənu Hilal” dastanının yaranma tarixi və ideya-məzmun özəllikləri”, Adilə Fərgüzadovanın “Şəhriyarın farsdilli “Divan”ında təkrarın funksional mövqeyi”, Xeyransa Əliyevanın “Cürci Zeydanın həyatı və ədəbi irsi”, Orxan Məmmədovun “Əndəlus şairlərinin yaradıcılığında bədii təsvirlər” məqalələri dərc olunub.

“Fəlsəfə” bölməsində İradə Zərqanın “Müasir düşüncədə təbii və süni intellektin vəhdəti problemi”, Nicat Məmmədovun “Məşrutə inqilabı dövründə Cənubi Azərbaycan poeziyasının milli ideya və fəlsəfi düşüncəyə təsirləri” və  İlhamə Məmmədovanın “Əlinin (ə) “Kəşfül-əsrar”dakı fəlsəfəsinin “Məsnəvi-ye Mənəvi”də poetik inikası” məqalələri təqdim edilir.

“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsində Nərgiz Quliyevanın “Azərbaycan xalqının ənənəvi yeməklərinə dair”, Fərəh Kərimovanın “Böyük oyun və İran. Herat müharibəsi (1838-1841)” və Məhəmmədəli Seyidovun İranda su probleminin Bağdad-Ankara münasibətlərinə təsiri” adlı məqalələri elmi ictimaiyyətin diqqətinə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: