Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2020 15:50
  • A-
  • A
  • A+

İnstitut alimlərinin rəhbərlik etdiyi layihələr şagirdlər arasında keçirilən müsabiqənin qalibi olub

İnstitut alimlərinin rəhbərlik etdiyi layihələr şagirdlər arasında keçirilən müsabiqənin qalibi olub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları - professor Rövşən Xəlilov və biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibovanın rəhbərlik etdiyi layihələrlə “Sabahın alimləri” IX respublika müsabiqəsinə qatılan şagirdlər müsabiqənin qalibləri sırasında yer alıblar.

Belə ki, Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri İsgəndər Yusifzadə və Nigar Əlizadə “Dəmir oksidi nanohissəciklərinin xərçəng əleyhinə terapiyada tətbiqi: hipertermiya və immunoterapiya” adlı layihə üzrə “Tibb və sağlamlıq” nominasiyasında ikinci yerə layiq görülüblər.

Bundan əlavə, professor Rövşən Xəlilovun rəhbərliyi altında Şəmkir-Bakı Oxford məktəbinin 10-cu sinif şagirdləri Rəşad Nağdıyev və Şamil Əliyev tərəfindən hazırlanmış “Juniperus communisin biologiyası və gələcəkdə biotibb sahəsində istifadəsi” adlı layihə “Biologiya” nominasiyası üzrə bürünc medal qazanıb.

Qeyd edək ki, yeniliyi, innovasiyalılığı, tətbiq imkanları və müasirliyi ilə seçilən tədqiqat işləri gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: