Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:
Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Əbdüləziz bin Osman əl-Tüveycri
Əliyeva Leyla İlham qızı
Əlizadə Akif Ağamehdi oğlu
Əlizadə Firəngiz Əliağa qızı
Koiçiro Matsuuro
Quliyev Eldar Tofiq oğlu
Salahov Tahir Teymur oğlu
Şarovski Aleksandr Yakovleviç
Zabelin Mixail Yuryeviç.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2014-cü il.