Rusiyanın Novosibirsk vilayətindəki Vektor Dövlət Tədqiqat Virusologiya və Biotexnologiya Mərkəzi tərəfindən hazırlanan koronavirus peyvəndi müsbət nəticələr verib.
“TASS” xəbər verir ki, peyvənd kursunu başa vuran hər kəsdə anticisim tapılıb.
Qeyd olunur ki, könüllülərdə ciddi narahatlıq, mərkəzi sinir və ürək-damar sistemlərindən yaranan ağırlaşmalar, eləcə də hərarət olmayıb.