Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında
07.10.2020 11:07
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1426; 2016, № 7, maddələr 1356, 1359; 2017, № 1, maddə 127) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu”nda 2.29-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.29. Fəlsəfə və Sosiologiya İnstitutu;”.

3. Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 3 oktyabr 2020-ci il

  • Paylaş: