Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2020 16:05
  • A-
  • A
  • A+

Cəbhədə xidmətdə olan əsgər ailələrinə yardım edilib

Cəbhədə xidmətdə olan əsgər ailələrinə yardım edilib

Humanitar təşəbbüs çərşivəsində AMEA-nın Azad Həmkarlar İttifaqı və Dendrologiya İnstitutunun Həmkarlar Komitəsinin dəstəyi ilə rəşadətli ordumuzun sıralarında cəbhədə xidmət edən əsgərlərimizin ailələrinə və müəssisənin aztəminatlı əməkdaşlarına ərzaq yardımı paylanılıb.

Keçirilən tədbir zamanı Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızın şanlı ordumuz tərəfindən azad ediləcəyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunacağını vurğulayıb.

İnstitutun Həmkarlar İtifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva Azərbaycan xalqının tarixi anların şahidi olduğunu, şanlı ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından tezliklə azad edəcəyini vurğulayıb, milli həmrəyliyin güclənməsinin təzahürü kimi əsgər valideynlərinə və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərdə Dendrologiya İnstitutunun hər zaman hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra cəbhədə xidmət edən əsgər valideynlərinə pul mükafatı və ərzaq bağlamaları təqdim olunub.

Bir yumruq kimi vahid bayraq altında birləşən xalq heç vaxt parçalanmaz.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: