Macarıstanın Tomori Pal Universiteti “Microsoft Teams” proqramı vasitəsi ilə “Elmdə mədəniyyətlərin görüşməsi – Gələcəyin elmi” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirib.
Tədbirə Macarıstan, Türkiyə, Azərbaycan, Hindistan, Cənubi Afrika, Ukrayna, Qana və digər ölkələrin nümayəndələri qatılıblar.
Konfransda AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva və elmi işçi Vəfa Həşimli “Pensiya sisteminin liberallaşmasında demoqrafik amillərin rolu: ölkələrarası müqayisəli təhlil” mövzusunda çıxış ediblər.
Beynəlxalq konfransda elmin müxtəlif sahələri (iqtisadiyyat, tarix, mədəniyyət, musiqi və s.) üzrə maraqlı müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.