Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika elmi-praktiki konfrans keçiriləcək
24.08.2026 13:50
  • A-
  • A
  • A+

“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika elmi-praktiki konfrans keçiriləcək

18-19 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-in təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika Elmi-Praktiki Konfrans keçiriləcək. Konfransın keçirilməsinin əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin müzakirəsi, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirinin qiymətləndirilməsi, eləcə də biomüxtəlifliyin öyrənilməsində müasir molekulyar, parazitoloji və riyazi modelləşdirmə yanaşmalarının tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.

Konfransın dili: Azərbaycan, ingilis.

Konfransın proqramına aşağıdakı elmi istiqamətlər daxildir:

Biomüxtəlifliyin qorunması, davamlı istifadəsi və ekosistemlərin idarə olunması

İqlim dəyişiklikləri, antropogen təsirlər, adaptasiya və insan-ekosistem qarşılıqlı əlaqələri

Biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmalar: genetik, parazitoloji və riyazi modelləşdirmə

Konfransın materialları elmi məqalələr toplusu şəklində çap olunacaqdır.

Təqdim olunacaq məqalələrə tələblər:

Məqalələr konfransın əsas tematik sahələrinə uyğun olmalıdır. Onlar 2-3 səhifə həcmində elektron formada Azərbaycan, ingilis dillərində qəbul ediləcəkdir. Hər bir iştirakçı tək müəllif olduğu yalnız bir və həmmüəllifliklə yalnız ikiyə qədər məqalə təqdim edə bilər.

Məqalənin adı (mərkəzdə, qalın, baş hərflərlə);

Müəllifin adı, soyadı (mərkəzdə, qalın, baş hərflərlə);

Təşkilatın tam adı, müəllif (lər) in elektron poçt ünvanı (mərkəzdə kursivlə);

Ədəbiyyat siyahısı mətndə istifadə edilmə ardıcıllığına uyğun olaraq nömrələnir və mətndə [ ] mötərizədə qeyd edilir;

İstifadə olunmuş ədəbiyyat siyahısı (AAK-nın tələblərinə uyğun tərtib edilir);

Ədəbiyyat siyahısının nömrələnməsində avtomatik nömrələmədən və sözlərin avtomatik sətrdən sətrə keçirilməsindən istifadə etmək olmaz.

Məqalənin mətninin tərtibat qaydaları:

Mətn redaktoru - Microsoft Word;

Format – RTF və ya Doc.

Şrift - Times New Roman;

Şrift ölçüsü – 12 pt;

Sətir aralığı - 1,15;

Abzas - 1,25 sm;

Səhifə parametrləri: sol 3.0 sm, sağ 2.0 sm, yuxarı və aşağı 2.5 sm;

Düsturlar və heyvan növlərinin adları kursivlə yazılmalıdır.

Şəkillər (fotoşəkillər). Bütün şəkillər rəqəmlərlə nömrələnməli (Şəkil 1, Şəkil 2 və s.) və başlıqları olmalıdır. Şəkilin nömrəsi və başlığı şəkilin altında yerləşdirilməlidir. Məqalədə bir şəkil varsa, o nömrələnmir. Şəkil mətndə ona ilk istinad edilən paraqrafdan sonra gəlməlidir. Şəkilin eni mətn zolağının enindən çox olmamalıdır. Şəkil başlığının sonunda nöqtə qoyulur.

Cədvəllər. Bütün cədvəllər rəqəmlərlə nömrələnməli (Cədvəl 1, Cədvəl 2 və s.) və başlıqları olmalıdır. Cədvəlin nömrəsi və başlığı cədvəlin üstündə yerləşdirilməlidir. Məqalədə bir cədvəl varsa, o nömrələnmir. Cədvəl mətndə ona istinad edilən ilk paraqrafdan sonra gəlməlidir. Cədvəlin eni mətn sahəsinin enindən çox olmamalıdır. Cədvəlin başlığı və cədvəldəki mətn 12 pt ölçülü şriftlə yazılır. Başlığın sonunda nöqtə qoyulmur. Mətndə cədvəllərə istinad tələb olunur.

Məqalənin şəkil və ya cədvəllə bitirilməsinə yol verilmir.

Cap üçün təqdim olunmuş məqalələrin müəllifləri onların məzmununa, faktların, sitatların, statistik məlumatların və təqdim olunan digər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Plagiat hallarını aşkar etmək üçün məqalə xüsusi proqramda yoxlanılacaqdır.

Konfransın təşkilat komitəsinə məqalələrin əlyazmaları ilə yanaşı onların müəllifləri haqqında məlumatları əks etdirən qeydiyyat forması da təqdim olunmalıdır.

Nümunə

Qeydiyyat forması

Soyadı, adı, atasının adı, :

Təşkilat:

Vəzifəsi:

Elmi dərəcəsi, elmi adı:

Məqalənin adı:

Ünvanı:

Telefonu:

E-mail:

Təqdimat forması:

Konfransın materiallarında çap olunacaq məqalələrin elektron əlyazmaları və qeydiyyat formaları 10 oktyabr 2026-cı il tarixinə qədər confrans2026@lisri.az elektron poçtuna göndərilməlidir.

Əlaqələndirici şəxs: B.ü.f.d., dosent Sara Əliyeva; tel.: +99412-539-73-53.

Konfransın keçirilmə tarixi: 18-19 noyabr 2026-cı il

Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respulikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ, AZ 1004,  Bakı ş., Səbail rayonu, A. Abbaszadə küç., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: