“Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazası ənənəvi olaraq, hər il dünyanın ən nüfuzlu alimlərinin adlarını açıqlayır.
Bazanın builki siyahısında, 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlərin elit qrupunda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev də yer alıb.
Qeyd edək ki, son üç ildə Süleyman Allahverdiyevin adı bu siyahıda öz əksini tapır. Onun elmi araşdırmalarının nəticələri “Chemical Reviwers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “Journal of Photochemical and Photobiolgy”, “Photosynthesis Research”, “FEBS Letters” və s. kimi nüfuzlu jurnallarda dərc edilir. “Hirşa” indeksi 52 və 60 olan görkəmli alim 500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifidir, onun işlərinə 17 min 330-dan artıq istinad olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.