Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.12.2020 15:46
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunan konfransda çıxış edib

Akademik İsa Həbibbəyli görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunan konfransda çıxış edib

AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Türk xalqları arasında təhsil hərəkatı və Abayın yaradıcılığı” adlı beynəlxalq elmi-praktik onlayn konfransda iştirak edib.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi ölkələrin alimlərinin qatıldığı konfransı Rusiya Federasiyasının Tatarıstan Respublikasının Elmlər Akademiyasının prezidenti, akademik Məkzum Salahov açıb.

Akademik İsa Həbibbəyli konfransdakı çıxışında Abay Kunanbayevin türk xalqları ədəbiyyatındakı özünəməxsus yerindən söz açıb. Bildirib ki, Abay  qazax xalqının böyük ideallarının yazarıdır. Dədə-Qorqud bütöv türk dünyası üçün kimdirsə, Abay da Qazaxıstan üçün odur.

Akademik, həmçinin Abay yaradıcılığının Azərbaycanda təbliği və tədqiqi məsələlərindən də danışıb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasından böyük qazax şairi Abayın bütün şeirlərinin, poemalarının və “Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabın bu yaxınlarda nəşr olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycanda böyük qazax şairinə həsr olunmuş konfransların keçirildiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: