Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2021 13:43
  • A-
  • A
  • A+

“Gələcəyə addım” ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

“Gələcəyə addım” ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb. Mərasimdə müsabiqənin Elmi Təşkilat Komitəsinin sədri, akademik Əkpər Feyzullayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Orxan Abbasov, təşkilat komitəsinin elmi katibi Aysel Cəbrayılova, eləcə də olimpiadanın finalına yüksələn və qalib gənclər iştirak ediblər.

Yığıncaqda çıxış edən akademik Əkpər Feyzullayev əlamətdar gün münasibətilə Azərbaycan gənclərini təbrik edib, onlara elmi yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Müsabiqə barədə məlumat verən alim olimpiadanın gələcəkdə təkmilləşdirilmiş yeni variantının nəzərdən keçirildiyini söyləyib.

Tədbirin sonunda finala yüksəlmiş iştirakçılara sertifikatlar, olimpiadanın qalibi seçilmiş gənclərə isə diplomlar, həmçinin pul mükafatları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: