Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunun alimləri Göygöl ərazisində mikoloji tədqiqatlar aparıblar
18.06.2021 11:12
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimləri Göygöl ərazisində mikoloji tədqiqatlar aparıblar

AMEA-nın Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva, böyük elmi işçi, b.ü.f.d. Lamiyə Abasova, kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova və böyük laborantlar Elnarə İsgəndərli, Yaqut Yusifova Göygöl rayonunda ekspedisiyada iştirak ediblər.

Səfərin məqsədi Göygöl və ətraf ərazilərin göbələk müxtəlifliyini tədqiq etmək, patogen növlərin mövcudluğunu, yayılma arealını müəyyənləşdirmək və Qırmızı kitabın III nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərini axtarmaq olub.

Ekspedisiya zamanı Göygöl Dövlət Təbiət Qoruğu və ətraf kəndlərdə müşahidələr aparılaraq makro və mikromiset göbələk nümunələri toplanılıb. Göygöl və Maral göl ətrafında ksilotrof göbələklərdən Laetiporus sulphureus, Phomes phomentarius kimi növlərin geniş yayıldığı müəyyənləşdirilib ki, onların içərisində tibbi əhəmiyyətli növlər də var. Tədqiq olunan ərazidən tapılmış Ganoderma lucidum isə nadir növdür. Bütövlükdə eskspedisiya zamanı 70-dən artıq göbələk nümunəsi yığılıb və herbariləşdirilib.

Ekskursiyanın nəticəsi olaraq bölgənin mikobiotası barədə ilkin təsəvvürlər formalaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: