Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.05.2024 15:46
  • A-
  • A
  • A+

Beynəlxalq Muzeylər Günündə Nizami Muzeyi 1500-ə yaxın ziyarətçini qəbul edib

Beynəlxalq Muzeylər Günündə Nizami Muzeyi 1500-ə yaxın ziyarətçini qəbul edib

Hər il olduğu kimi, bu il də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Gün ərzində bu elm və mədəniyyət ocağını çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Gün ərzində muzeyə gələnlərin sayı 1437 nəfər olub.

Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: