Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2021 15:48
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib

Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda “Kompozit materialların kimyası və texnologiyası” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun müvafiq əmri ilə doktorluq imtahanını keçirmək məqsədi ilə müəssisədə imtahan komissiyası yaradılıb.

İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri v.i.e., fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov da iştirak edib.

Bilet üsulu ilə imtahan verən dissertant Aqil Quliyevin nəticəsi imtahan bitdikdən sonra komissiya tərəfindən dərhal  elan olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: