Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.08.2024 14:28
  • A-
  • A
  • A+

AMEA əməkdaşları Gənc Türkoloqların VI Yay məktəbində iştirak edirlər

AMEA əməkdaşları Gənc Türkoloqların VI Yay məktəbində iştirak edirlər

Avqustun 19-u TÜBA, Beynəlxalq Türk Akademiyası, Türk Dili Qurumu və Xoca Əhməd Yasəvi Universitetinin təşkilatçılığı ilə Qazaxıstanın Türküstan şəhərində keçirilən Gənc Türkoloqların VI Yay məktəbinin açılış mərasimi baş tutub.

 Mərasimdə Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzəffər Şəkər, Beynəlxalq Türk Akademiyasının rəhbəri Şahin Mustafayev, Türk Dil Qurumunun rəhbəri Harun Şahin, Xoca Əhməd Yasəvi Universitetinin Nümayəndələr Şurasının sədri Muhiddin Şimşək iştirak ediblər.

“Türkologiya Yay Məktəbi” və “Yeni Enerji Texnologiyaları Yay məktəbi” olaraq 2 proqram üzrə keçirilir. Layihədə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya və Albaniyadan 50 doktorant və 37 müəllim iştirak edir.

Qeyd edək ki, Azərbaycanı Yay məktəbində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Orxan İsayev, Nərmin Həsənova, Büllur Əlizadə, Tarix və Etnologiya İnstitutundan İradə Qurbanova, Dilçilik İnstitutundan Aynur Saydova, Arxeologiya və Antropologiya İnstitutundan Günay Bayramova təmsil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: