Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun (PMİ) elmi işlər üzrə direktor müavini kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri vəzifəsini icra edən kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, Odadavamlı polimer kompozitlər laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva, böyük elmi işçi Səidə Kərimоvа və elmi işçi Sevda Abdalova STP Assan Panel zavodunda işgüzar səfərdə olublar.
Elmin istehsalata inteqrasiyası istiqamətində həyata keçirilən görüşün əsas məqsədi əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. Zavodun fəaliyyəti və istehsal imkanları ilə tanışlıq zamanı müəssisədə istehsal olunan məhsullar, onların texniki xüsusiyyətləri və tətbiq sahələri barədə ətraflı məlumat verilib. Polikarbonat əsaslı məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi və istehsal texnologiyalarının təkmilləşdirilməsi imkanları müzakirə olunub.
Sonda istehsalat prosesində mövcud olan problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması, istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi baxımından görüşün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.