Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda konfrans keçiriləcək
14.09.2021 10:30
  • A-
  • A
  • A+

“Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda konfrans keçiriləcək

22-23 sentyabr 2021-ci il tarixlərində saat 11:00-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük zəfərinin ildönümünə həsr edilmiş “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçiriləcək.

Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi, Memarlıq və İncəsənət İnstitutu və Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda kulturologiya, şəhərsalma, memarlıq tarixi və abidələrin bərpası, musiqi, tətbiqi sənət, kino və teatr mövzuları üzrə müzakirələr aparılacaq.

Qaydalara uyğun olaraq tərtib edilmiş məqalələr 15 sentyabr 2021-ci ilə qədər konfransın Təşkilat Komitəsinin memar_s@mail.ru ünvanına göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: