Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Chemical Problems” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib
22.09.2021 11:52
  • A-
  • A
  • A+

“Chemical Problems” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və professor Akif Əliyevin həmtəsisçi olduqları “Chemical Problems” jurnalı 2021-ci ilin sentyabr ayından “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib.

2003-cü ildən nəşr olunan jurnalda indiyə qədər 2000-dən artıq elmi məqalə işıq üzü görüb.

Vəsait 2009-cu ildən “Chemical Abstract” elmi informasiya bazasında referatlaşdırılır. Həmçinin dövri nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilib. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr “Web of Science” bazasında indeksləşib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

“Chemical Problems” jurnalı 2015-ci ildən “РИНЦ” və RSCI Rusiya indeksləşmə bazalarının nüvəsinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: