Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
22.09.2021 14:15
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Qafqazşünaslıq İnstitutunda baş tutub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Geniş məruzə edən müəssisənin rəhbəri AMEA-nın müxbir üzvü Musa Qasımlı zəfərə gətirən yolu, səbəbləri, qazanılan qələbənin əhəmiyyətini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü millət, qüdrətli dövlət strategiyası, milli birlik barədə danışıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, i.ü.f.d. Liliya Mirzəzadə, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələrindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: