Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ-da yeni növ robot yaradılıb
08.10.2021 11:34
  • A-
  • A
  • A+

ABŞ-da yeni növ robot yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun mühəndisləri LEONARDO (LEO) adlı robot-dronun prototipini hazırlayıblar.

Mühəndislərin fikrincə, LEO nəinki normal iki ayaqlı robot kimi yerdə gəzə bilər, həm də problemsiz uçuşlar həyata keçirmək qabiliyyətinə də malikdir. Bununla da o uçan robot- dron funksiyasını yerinə yetirəcək.

Yaxın illərdə LEO-nun tam versiyası ilə əlçatmaz yerlərdə zədələnmiş infrastrukturu yoxlamaq və təmir etmək, yeni avadanlıqlar quraşdırmaq və ya təbii fəlakət zonalarında müəyyən əməliyyatlar keçirmək mümkün olacaq.

Ehtimal edilir ki, LEO-ya bənzər bir robot, hətta Mars səthində müəyyən avadanlıqları da daşıya bilər.

azvision.az

  • Paylaş: