AMEA-nın Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları biologiya elmləri doktoru Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə və İlhamə Kərimova entomoloji material toplamaq məqsədilə İsmayıllı rayonu ərazisində ekspedisiyada olublar.
Ekspedisiyada “Odonata”, “Orthoptera” dəstələrinə, “Formicidae”, “Arachnidae” fəsilələrinə aid bir sıra növlərin sürfə və yetkin fərd nümunələri toplanıb. İvanovka kəndi ərazisində üzümlüklər, su anbarı ətrafında meşə müayinə edilərək arıkimilərə aid növlər toplanıb. Materiallar etiketlə təmin edilərək laboratoriyada təyinat üçün hazırlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.