Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Coğrafiyaçı alim Qubadlının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar müsahibə verib
25.10.2021 17:20
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Qubadlının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar müsahibə verib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Qubadlının işğaldan azad olunmasının birinci ildönümü münasibəti ilə Azərbaycan televiziyasının “Telesəhər” proqramına müsahibə verib.

Alim rayonun iqtisadi, demoqrafik vəziyyəti, coğrafi mövqeyi haqqında məlumat verib. O, ermənilərin işğal zamanı rayonda yaşadıqlarına görə dağılmış kəndlərin sayının nisbətən az olmasını Qubadlının faydalı qazıntılarla zəngin olması, kifayət qədər enerji potensialına malik Həkəri və Bərgüşad çaylarının Qubadlı ərazisindən keçməsi ilə əlaqədar olduğunu diqqətə çatdırıb. Z.Eminov hesab edir ki, Qubadlı şəhərinin ətraf kəndlərinin əlverişli coğrafi mövqeyi, burada kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olması həmin kəndlərin qəsəbələr şəklində inkişafına, Qubadlının iqtisadiyyatının az vaxt ərzində dirçəlməsinə və 30 ildən artıq məcburi köçkün kimi yaşayan əhalinin öz yurdlarına qaytarılmasına imkan yaratmış olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: