Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2021 15:43
  • A-
  • A
  • A+

Riyaziyyatçı alim “İlin peşəkar gənci” fəxri adına layiq görülüb

Riyaziyyatçı alim “İlin peşəkar gənci” fəxri adına layiq görülüb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, m.ü.f.d., dosent Gülnar Mirzəyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

Gənc alimə AMEA-nın Azad Həmkarlar İttifaqında AHİK-in Fəxri diplomu, Döş nişanı və vəsiqəsi təqdim edilib.

Qeyd edək ki, 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkəmizin qurulmasında fəal iştirak edirlər. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir. Gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilir. “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatları tərəfindən diqqətin artırılması məqsədilə təsis olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: