Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

İnformasiya təhlükəsizliyinin təmini üçün milli standartlar mövcuddur
02.12.2021 10:32
  • A-
  • A
  • A+

İnformasiya təhlükəsizliyinin təmini üçün milli standartlar mövcuddur

Müasir dövrdə informasiyanın ictimai həyatdakı rolunun yüksəlməsi informasiya təhlükəsizliyi məsələsini önə çıxarıb. Onun meydana çıxması isə 1988-ci ilə təsadüf edir. 2 noyabr tarixində Kornel Universitetinin aspirantı Robert Moris tərəfindən yaradılmış 6 min kompüterin işini iflic edən “Moris soxulcanı” şəbəkəyə buraxılıb.

Dünyanın aparıcı ölkələrində olduğu kimi Azərbaycanda da informasiya təhlükəsizliyinin hüquqi təminatı sahəsində sistemli əməli tədbirlər görülür. Bu baxımdan ilk növbədə beynəlxalq informasiya təhlükəsizliyi, həmçinin milli maraqların qorunması və möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət ayrılır.

Digər sahələrdə olduğu kimi sözügedən istiqamətdə də həyata keçirilən dövlət proqramlarına AMEA-nın institutları tərəfindən elmi dəstək verilir. Dünya təcrübəsi öyrənilir, aparıcı ölkələrlə əməkdaşlıq əlaqələri genişləndirilərək tədqiqatlar aparılır.

Mövzu ilə əlaqədar AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “525-ci Kanal”a danışıb. O qeyd edib ki, ölkəmizdə ümumilikdə İKT-nin inkişafı, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritetlərindəndir və daim diqqət mərkəzində saxlanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: