Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2026 19:15
  • A-
  • A
  • A+

MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən təlim başa çatıb

MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən təlim başa çatıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Akademiyanın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri tətbiq etmək məqsədilə keçirilən ixtisasartırma təlimləri başa çatıb. Təlimlər nəzəri biliklərlə yanaşı, praktik məşğələlər və interaktiv müzakirələrlə müşayiət olunub.

MEK-in direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov təlimlərin elmi müəssisələrdə fəaliyyət göstərən kitabxanaçıların peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı kitabxana sahəsində çalışan mütəxəssislərdən yeni bilik və bacarıqlar tələb edir və təşkil olunan təlimlər məhz bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Direktor əldə olunan biliklərin gələcək fəaliyyətlərdə uğurla tətbiq ediləcəyinə əminliyini ifadə edib, iştirakçıların fəallığını yüksək qiymətləndirib.

İştirakçılar təlimin onların gündəlik fəaliyyətində faydalı olacağını qeyd edərək, proqramın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Sonda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, MEK-in mütəxəssisləri tərəfindən keçirilən “Biliyin gələcəyi və innovasiyalar” adlı təlimlərdə iştirakçılar iki həftə ərzində akademik kitabxanalarda süni intellektin tətbiqi, korporativ kitabxana sistemləri, rəqəmsal kolleksiyaların formalaşdırılması, nadir nəşrlərin qorunması və kitabxana işinə dair digər mühüm biliklər əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: