Rusiya Təbiət Elmləri Akademiyasının keçirdiyi “EcoWorld-2021” beynəlxalq ekologiya müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasimə dünyanın bir çox ölkəsindən onlayn qaydada iştirakçılar qoşulub.
Müsabiqənin yekunlarına əsasən, AMEA-nın Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının rəhbəri, b.e.d., dosent Samirə Nəcəfova, həmin laboratoriyanın əməkdaşları b.e.d., professor Nəriman İsmayılov və b.ü.f.d. Aygün Qasımova “Biomüxtəlifliyin və təbii landşaftların qorunması” nominasiyası üzrə “Pozulmuş torpaqların bərpası üçün biopreparatların işlənib-hazırlanması və istifadəsi” haqqında dərsliklər seriyası və nəşrlərə görə II dərəcəli laureat diplomuna layiq görülüb.
Qeyd edək ki, “EcoWorld” mükafatı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən 2003-cü ildə təsis olunub. Müsabiqənin keçirilməsi ekoloji problemlərin həlli, biomüxtəlifliyin qorunması, əhalinin ekoloji təhsili və maarifləndirilməsi, ekoloji tarazlığın bərpa edilməsi məqsədi daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.