Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək
01.02.2022 14:08
  • A-
  • A
  • A+

Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək

2022-ci ilin iyun ayında AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək.

Forumun bölmələri:

- Vətən müharibəsi və Qafqazda yeni reallıqlar;

- Qafqaz regionunda ictimai-siyasi proseslər;

- Qafqazda münaqişələr;

- Böyük və qonşu dövlətlərin Qafqaz siyasəti;

- Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində;

- Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi.

Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

- Microsoft Word A4 ölçüdə 5-7 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;

- Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;

- Azərbaycan, ingilis və rus dillərində açar sözlər (maksimum 5 söz) verilməlidir;

- Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;

- Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır;

- Rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir.  PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur.

Məruzələrin son təqdimetmə müddəti 10 aprel tarixinə qədərdir.

Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr baxılmadan geri qaytarılacaq.

Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək. Forumun dəqiq tarixi haqqında əlavə məlumat veriləcək.

Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu (Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq)

Tel.: (+994 12) 539 89 91

E-mail: csforum2022@gmail.com

Əlavə məlumat üçün www.caucasusstudies.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: