Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.02.2022 11:28
  • A-
  • A
  • A+

Dilçi alim TÜRKSOY tərəfindən medalla təltif olunub

Dilçi alim TÜRKSOY tərəfindən medalla təltif olunub

Türkiyənin Ankara şəhərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Qazaxıstanın Ankara səfirliyi və Türk Dil Qurumunun (TDQ) əməkdaşlığı çərçivəsində “Qazax dilinin dönüş nöqtəsi: Ahmet Baytursunlunun anadan olmasınının 150 illiyi münasibətilə elmi toplantı” adlı tədbir keçirilib.

Açılış nitqini TÜRKSOY-un idarə heyətinin sədri Düsen Kaseinov, Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuli və TDQ-nin sədri,professor Gürer Gülsevin söyləyib. Toplantıda türk respublikalarının müxtəlif universitet, qurum və tədqiqat mərkəzlərindən  nümayəndələr iştirak edib. Ölkəmizi tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov təmsil edib.

E.İbrahimov sözügedən toplantıda “Qazax milli düşüncəsinin formalaşmasında Əhməd Baytursunoğlunun rolu” başlıqlı məruzə ilə çıxış edib. O, çıxışında Əhməd Baytursunoğlunun həyat və yaradıcılığına nəzərə salıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, Çar və Sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərakatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynadığını diqqətə çatdırıb.

Toplantıda E.İbrahimov TÜRKSOY tərəfindən türkologiya və türk dünyası sahəsində apardığı araşdırmalara görə sertifikat və “Dyula Nemet-130Q” medalı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: