Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.05.2022 09:33
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu ilə Litvanın “İnta” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

İdarəetmə Sistemləri İnstitutu ilə Litvanın “İnta” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə Litvanın “İnta” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq və birgə fəaliyyət haqqında memorandum imzalanıb.

İmzalanma mərasimi zamanı İSİ-nin baş direktoru, akademik Əli Abbasov bildirib ki, memorandumun məqsədi elektron logistika sistemləri, rəqəmsal nəqliyyat dəhlizləri, koordinasiya və elektron ticarət platformaları yaratmaqla nəqliyyat və logistika proseslərinin idarə edilməsi və rəqəmsallaşdırılması məsələlərində hər iki ölkənin elmi-tədqiqat müəssisələri ilə ayrı-ayrı alimləri arasında birgə qarşılıqlı faydalı elmi fəaliyyətləri təşviq etməkdir. Qeyd edib ki, bu istiqamətdə “EU4Digital” proqramının layihə fəaliyyətlərinin həyata keçirilməsi üçün səylərin birləşdirilməsi, o cümlədən birgə təkliflərin hazırlanması və çoxtərəfdaşlı layihə konsorsiumlarının formalaşdırılması nəzərdə tutulur.

“İnta” QSC-nin baş direktoru Vytautas Vitkauskas isə Litva və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində elektron logistika və rəqəmsal nəqliyyat dəhlizləri sahələrində qurulan əlaqələrin konkret elmi məqsədlərə nail olmaq üçün səmərəli olacağını bildirib. O, təmsil etdiyi qurumla İSİ arasında sözügedən sahələrdə qurulan, qarşılıqlı texniki və iqtisadi maraqlara əsaslanan əməkdaşlığın yeni inkişaf perspektivləri yaradacağına əminliyini ifadə edib.

Əməkdaşlıq çərçivəsində tərəflərin birgə tədqiqat layihələri və qısamüddətli təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlər həyata keçirməsi də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: