Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qarabağın incisi – Şuşa” adlı II Ümumrespublika rəsm və əl işləri sərgisinin açılış mərasimi olacaq
25.05.2022 19:00
  • A-
  • A
  • A+

“Qarabağın incisi – Şuşa” adlı II Ümumrespublika rəsm və əl işləri sərgisinin açılış mərasimi olacaq

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi 24 fevral tarixindən “Qarabağın incisi – Şuşa” adlı II Ümumrespublika rəsm və əl işlərindən ibarət müsabiqə təşkil edib.

Bununla əlaqədar, 26 may 2022-ci il tarixində müsabiqədə iştirak edənlərin rəsm və əl işlərinin sərgisinin açılış mərasimi olacaq. Mərasimdə rəsm əsərləri və əl işləri mütəxəssislər, sənətşünaslar tərəfindən qiymətləndiriləcək və müsabiqə nəticəsində qaliblər seçiləcək.

Tədbir iştirakçılarına sertifikatlar təqdim ediləcək. Müsabiqədə seçilən kreativ əl işlərinin müəllifləri mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: