Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şəkidə “Dayanıqlı inkişaf: tədqiqatlar, innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
05.07.2022 15:00
  • A-
  • A
  • A+

Şəkidə “Dayanıqlı inkişaf: tədqiqatlar, innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22-24 sentyabr 2022-ci il tarixlərində Şəki şəhərində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranmasının 50 illik yubileyi münasibətilə “Dayanıqlı inkişaf: tədqiqatlar, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın elmi istiqamətləri:

- İpəkçilikdə innovasiyalar: bioloji materiallar və modellər;

- Bitki biomüxtəlifliyinin davamlı istifadəsi;

- Ekoloji problemlər: tullantıların səmərəli və ekoloji əsaslartla istifadəsi, radioekologiya;

- Landşaft dinamikası və səhralaşma problemləri;

- Turizm və rekreasiya imkanları;

- Tarixi, arxeoloji, etnoqrafik irsin öyrənilməsi;

- Müasir dövrdə folklorun tədqiqi və təbliği.

Tezislərin tərtibi qaydaları:

- Tezislər “Times New Roman” 12 şriftlə, həcmi 250-400 sözdən ibarət olmaqla yazılmalıdır;

- Tezisin mətni, mövzunun adı və açar sözlər onun yazıldığı dildən əlavə olaraq ingilis dilində də təqdim edilməlidir;

- Mövzunun adı “Times New Roman” 12 şriftlə böyük hərflərlə tünd rəngdə (Bold+böyük hərflərlə) ortada yazılmalıdır;

- Hər bir tezis üçün müəllifin adı, soyadı, təmsil etdiyi müəssisə, elmi dərəcəsi (olduğu təqdirdə), e-mail ünvanı, ORCID ID kodunu və əlaqə üçün telefon nömrəsi mövzu başlığından sonra sağ tərəfdə göstərilməlidir.

Tezislər 31 iyul 2022-ci il tarixinədək azərbaycan, türk, ingilis və ya rus dillərində “Microsoft Word” mətn emal proqramı ilə yazılmalı və amea.shrem50@gmail.com elektron ünvanına göndərilməlidir. Tezislər dəyərləndirildikdən sonra müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaq. Tezisləri qəbul etdikdən sonra məqalələrin qəbulu həyata keçiriləcək. Məqalələr 15 sentyabr 2022-ci il tarixinədək təqdim edilməlidir.

Məqalələrin tərtibi qaydaları:

- Konfransa yeni tədqiqatlara əsaslanan və indiyədək dərc edilməyən məqalələr təqdim edilməlidir;

- Məqalələrin həcmi 4-12 səhifədən ibarət olmaqla, mətni “Times New Roman” 12 şriftlə A4 formatda, yuxarıdan, aşağıdan və soldan 2 sm, sağdan 1,5 sm məsafə ilə və 1,15 intervalla yazılmalıdır. Məqalədə giriş, alt başlıqlar və nəticə mütləq qeyd edilməlidir;

- Azərbaycan, türk və rus dillərində olan məqalələrin ingilis dilində xülasəsi təqdim edilməlidir.

- Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalə mətni daxilində istinadlar APA stilində verilməlidir; nümunə, (Məmmədov, 2007, s.17-21);

- Ədəbiyyat siyahısında verilən hər bir əsər haqqında məlumat aşağıdakı formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı, kitabın (məqalə, konfrans və s.) adı, nəşr edilən yer; nəşriyyatın adı və nəşr ili;

- Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə verilməlidir;

- Cədvəl, sxem və qrafiklər məqalənin içərisində verilməlidir. Foto və şəkillər sıra göstərməklə və alt hissəsində izah verilməklə məqalənin içərisində yerləşdirilməlidir.

Təqdim olunan məqalələr tələblərə cavab vermədiyi halda çap edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır. Təqdimatlar əyani formada, üz-üzə həyata keçiriləcək.

Qəbul edilən tezis və məqalələr konfrans materialları toplusunda dərc ediləcək.

Əlavə məlumat üçün: (+994 51) 359 39 19

E-mail:  amea.shrem50@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: