İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb və zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.