Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

BDU-nun tələbələri Biofizika İnstitutunda olublar
07.05.2025 15:46
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Biofizika İnstitutunda olublar

6-8 may 2025-ci il tarixlərində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutuna tanışlıq səfəri edirlər.

Səfərin məqsədi tələbələrin fundamental və tətbiqi elmi-tədqiqat sahələri ilə yaxından tanış olmaları, institutun müasir elmi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan tədqiqat prosesi, metodologiyalar və elmi istiqamətlər barədə əyani məlumat əldə etmələridir.

Səfər çərçivəsində tələbələr institutun müxtəlif laboratoriyalarında aparılan işlərlə yaxından tanış olur, elmi işçilərin fəaliyyəti, istifadə olunan avadanlıqlar və tədqiqat mövzuları barədə ətraflı məlumat alırlar. Onlara, həmçinin biofizika elminin aktual istiqamətləri və bu sahədəki interdisiplinar yanaşmalarla bağlı təqdimatlar təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: