AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Türkiyə-Azərbaycan birliyi sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.” başlıqlı icmal yer alıb.
Nəşrin səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın kollektivinin Zəfər abidəsini ziyarəti, Akademiya əməkdaşları üçün “44” filminin xüsusi nümayişi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq elmi konfransa dair yazılar təqdim edilib.
Bu sayda AMEA alimlərinin Zəfər Günü ilə bağlı təəssüratları və tarixi Qələbənin ölkəmizin ictimai-elmi həyatındakı rolunu təhlil edən fikirləri və AMEA-da elmi fəaliyyətin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsinə dair müşavirə haqqında informasiya oxucuların diqqətinə çatdırılıb.
Bundan əlavə, nəşrdə “Ümumdünya Elm Günü”, “Bir ömrün söylədikləri...”, “Vətənin və yaddaşın şairi” başlıqlı məqalələr, “Rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişafı yazılı irsimizin yeni aspektlərinin öyrənilməsi baxımından imkanlar açır” adlı müsahibə, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər və yeni nəşrlər təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.