Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.07.2022 14:39
  • A-
  • A
  • A+

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib

Bu günlərdə ölkəmizdə səfərdə olan Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.

Belə ki, professor Yusuf Kuşk Pakistanın yerli internet resurslarında AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovla görüşdə səmimi qəbula görə minnətdarlığını qeyd edib, bu görüşün ölkələrimiz arasında elmi əlaqələrin daha da güclənməsinə və əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyini vurğulayıb.

Bundan əlavə, Ədəbiyyat İnstitutunun “Fəxri dostu” seçilməsi münasibətilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyliyə təşəkkürünü ifadə edib. Y.Kuşk Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatına dair aparılan tədqiqatları da yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: