Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ayda yaradılacaq rəqəmsal arxiv məlumatların ən etibarlı bulud anbarı olacaq
14.10.2022 14:20
  • A-
  • A
  • A+

Ayda yaradılacaq rəqəmsal arxiv məlumatların ən etibarlı bulud anbarı olacaq

“Artemida” proqramı çərçivəsində bəşəriyyət tərəfindən toplanmış informasiyanın Ayda rəqəmsal arxivinin yaradılması nəzərdə tutulur.

Karson Ezellin rəhbərlik etdiyi Harvard Universitetindən olan alimlər qrupu məlumatların bütün gözlənilməz dəyişikliklərindən müdafiəsi üçün radikal həll - Ayda rəqəmsal arxiv yaratmağı təklif ediblər. Alimlər qeyd ediblər ki, bu arxiv mövcud arxivlərlə müqayisədə, bir çox üstünlüklərə malik olacaq.

Ayda rəqəmsal arxivə giriş Yerlə müqayisədə, texniki olaraq daha sadədir. Məlumatların istənilən qlobal yerüstü anbarı nə qədər etibarlı arxiv olsa da, istənilən qırılma onu əlçatmaz edir.

Ay anbarı ilə isə lazer vasitəsilə birbaşa əlaqə yaratmaq mümkün olacaq. Belə əlaqə yalnız qəbuledici və ötürücü aparatdan ibarət p2p-qoşulma hesab olunur.

naked-science.ru

  • Paylaş: