Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
28.11.2022 10:35
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm “İfrat nəhəng HD40589 (A0lab) ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib. Tədqiq edilən ulduzun atmosferində dəmir elementinin miqdarı təyin olunub, Günəşdə olan miqdarla müqayisə edilib. Aşkar olunub ki, dəmir elementinin miqdarı Günəşdə olan miqdara daha yaxındır, bu isə onu göstərir ki, tədqiq edilmiş ulduz və Günəş eyni metallıqlı maddədən yaranıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: