Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.12.2022 15:38
  • A-
  • A
  • A+

Filosof alimin monoqrafiyası İngiltərənin nüfuzlu nəşriyyatında çap olunacaq

Filosof alimin monoqrafiyası İngiltərənin nüfuzlu nəşriyyatında çap olunacaq

İngiltərənin “Cambridge Scholars Publishing (Lady Stephenson Library)” elm nəşriyyatı fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lotfi A. Zadeh's era, outlook and philosophical views” (“Lütfi Ə.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”)  monoqrafiyasını çapa qəbul edib.

Ötən ay filosof alimlə kitabın “Cambridge Scholars Publishing (Lady Stephenson Library)”-in akademik Elmi şurasına müzakirəyə veriləcəyi, qəbul edilərsə nəşriyyatın hesabına nəşr olunacağı, dünya kitabxanalarına göndəriləcəyi haqqında rəsmi müqavilə bağlanılıb.

Bu gün fəlsəfə elmləri doktoru Xatirə Quliyevaya “Cambridge Scholars Publishing” nəşriyyatından alimin  Azərbaycan əsilli, dünya şöhrətli L. A. Zadənin həyatına və elmi fəaliyyətinə həsr olunmuş “Lütfi Ə. Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” monoqrafiyasının nəşri ilə bağlı rəsmi məktub gəlib.

Sözügedən məktubda filosof alim Xatirə Quliyevayanın “Lotfi A. Zadeh's era, outlook and philosophical views” monoqrafiyasının “Cambridge Scholars Publishing” nəşriyyatının təcrübəli  akademik Redaksiya Heyətinin əsaslandırılmış rəyi ilə nəşrə qəbul edildiyi və barədə onunla Cambridge Scholars Publishing nəşriyyatı arasında müqavilə imzalandığı və əsərin nəşriyyatın çap edəcəyi kitablar (“Cambridge Scholars Publishing is listed and in the Clarivate Analytics Web of Science Master Book List”) siyahısına daxil edildiyi, həmçinin saytda işıqlandırıldığı qeyd olunub (http://wokinfo.com/mbl/publishers/).

Qeyd edək ki, Amerika Beynəlxalq Fəlsəfə Jurnalının redaksiya heyətinin (eləcə də Türkiyədə 2 elmi jurnalın) üzvü olan fəlsəfə elmləri doktoru Xatirə Quliyevayanın ölkədə olduğu kimi ABŞ, Çin, Portuqaliya, İtaliya, Türkiyə, Polşa, Pakistan, Macarstan və başqa ölkələrdə məqalələri çap olunub. 

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevayanın bu məqalələrinin daxil olduğu “History, methodology and hypothesis of artificial intelligence” (“Süni intellektin tarixi, metodologiyası, hipotezi”) kitabı da onun uzun illər Azərbaycanın ictimai və humanitar elminin dünyaya inteqrasiyasında fəal iştirakını təsdiq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: