Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.01.2023 09:59
  • A-
  • A
  • A+

MBBİ ilə Egey Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

MBBİ ilə Egey Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Səadət Xudaverdiyeva Türkiyənin Egey Universitetində elmi ezamiyyətdə olublar.

Səfər zamanı əməkdaşlar institutun laboratoriyaları, buradakı cihaz və avadanlıqların iş prinsipləri ilə yaxından tanış olublar. Eyni zamanda Fənn fakültəsinin dekanı, prof., Dr. Dinçer Ayaz və hər iki institutun əməkdaşlarının iştirakı ilə gələcək əməkdaşlıq imkanları, ikitərəfli elmi tədqiqat layihələrinin hazırlanması, təcrübə mübadiləsinin aparılması məqsədilə onlayn toplantı keçirilib.

Toplantıda MBBİ ilə Egey Universiteti arasında əməkdaşlıq protokolunun ilkin variantının hazırlanması, uyğun elmi tədqiqat sahələri üzrə işçi qruplarının yaradılması kimi məsələlər geniş müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: