AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi Cəmil Quliyev Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən XVI beynəlxalq elmi konfransda iştirak edib.
Cəmil Quliyev beynəlxalq elmi konfransda “Dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyev siyasəti” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib. Görkəmli siyasətçi, ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi Ümummilli Liderin müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında konfrans iştirakçılarına geniş və əhatəli məlumat verilib.
Tədbirin sonunda Təşkilat Komitəsinin sədri tarix üzrə fəlsəfə doktoru, qardaş Türkiyə Cümhuriyyətinin ehtiyatda olan general-mayoru Yücel Karauz tərəfindən məruzəçiyə sertifikat təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.