Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Venera-Saturn birləşməsi olacaq
17.01.2023 10:56
  • A-
  • A
  • A+

Venera-Saturn birləşməsi olacaq

Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Belə ki, bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18:03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə olunacaq və saat 19:35-dək müşahidə etmək mümkün olacaqdır.

Hal-hazırda planetlər oğlaq bürcündədirlər və yanvarın 22-ə qədər bir-birinə yaxınlaşmaqda davam edirlər. 23 yanvarda isə gecə səmasında Venera ilə Saturna təzə Ay da qoşulacaq.

Qeyd edək ki, Venera səmada Günəş və Aydan sonra 3-cü parlaq obyektdir, Saturn parlaqlığına görə Veneradan zəif olsa da, hər iki planeti adi gözlə belə müşahidə etmək mümkün olacaqdır. Daha keyfiyyətli müşahidə üçün isə kiçik teleskoplar və binokllardan istifadə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: