Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 13:35
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

AR Elm və Təhsil Nazirliyinin  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqiylə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb. Akademik qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqının iradəsini heç vaxt qırmaq olmaz. D.Tağıyev bildirib ki, artıq biz 3-cü ildir ki, ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 yanvar şəhidlərinin ruhu indi şaddır.  8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub. Azərbaycanın Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazandı. 44 günlük müharibədə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra  professor İxtiyar Bəxtiyarlı, aparıcı elmi işçi Sevinc Osmanova, böyük elmi işçilər Vilayət Məmmədov və  Rəna Vəkilova,  böyük laborant Aygün Zeynalova və başqaları 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: