Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.01.2023 11:05
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda iştirak edib

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda iştirak edib

Damghan Universitetinin təşkilatçılığı ilə Holoqrafiya və onun tətbiqləri mövzusunda II beynəlxalq konfrans keçirilib. Elmi konfrans əyani və Adobe Connection” proqramı üzərindən olmaqla, hibrid formada təşkil edilib.

Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya, Kanada, Azərbaycan, Birləşmiş Krallıq, Yunanıstan, Cənubi Koreya, İsveçrə və Rusiyadan olan məhşur nəzəriyyəçi alimlərin qoşulduğu beynəlxalq konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kiçik elmi işçisi Şahnaz Tağıyeva da iştirak edib.

Şahnaz Tağıyeva konfransın ikinci günündə “AdS/KXD-nin sərt divar modelində  N + γ* → R (1710) keçidinin form faktorlarının təyini” mövzusunda məruzə ilə çıxış edib.

Konfransa təqdim olunan işdə AdS/KXD-nin sərt divar modelində Roper nuklon-nuklon keçidinin elektromaqnit form faktorları təyin edilib. Spinor sahə və vektor sahəsi üçün profil funksiyaları təyin olunub. N + γ* → R (1710) keçidi üçün Dirak və Pauli form faktorların və spiral amplitudların keçid impulsunun kvadratından asılılıq qrafikləri qurulub. Alınmış nəticələr CLAS və MAİD eksperimental nəticələrlə və qeyri-relyativistik kvark modeli ilə müqayisə edilib. Məruzəçi qeyd edib ki, tədqiqatların nəticəsinə əsasən, digər modellərdə olduğu kimi, AdS/KSN uyğunluğuna əsaslanan AdS/KXD-nin sərt divar modelində də göstərilib ki, nuklon nöqtəvi zərrəcik deyil, müəyyən daxili struktura malikdir.

Məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: